Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
27 Oktyabr , 2018

Bakı Biznes mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuş "Şagirdlərin oxu bacarıqlarının inkişafı" layihəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Layihənin icrasını əks etdirən video-çarx nümayiş etdirildikdən sonar çıxış edən  “Şagirdlərin oxu bacarıqlarının inkişafı ” layihəsinin rəhbəri A.Bağıyeva təhsildə inkişaf və innovasiyalar üzrə qrand müsabiqəsinin keçirilməsində başlıca məqsədin təhsil müəssisələrində, təhsil verənlərdə sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırmaqdan ibarət olduğunu vurğulayıb. A.Bağıyeva layihənin uğurla həyata keçirilməsində ona dəstək olan Nərimanov rayon 258, 47 və 36 nömrəli məktəblərin kollektivlərinə təşəkkürünü bildirib. Milli Məclisin deputatı A.Əliyev layihınin əhəmiyyətini qeyd edərək şagirdlərdə oxu bacarığının inkişaf etdirməyin  gözəl ənənə olduğunu bildirib. O, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən islahatları diqqətə çatdırıb. Milli Məclisin deputatı F.Mustafa sözü gedən layihənin həyata keçirilməsini yüksək qiymətləndirib, qaliblərə uğurlar arzulayıb. Deputat hesab edir ki, məktəblilərdə oxu bacarığının, mütaliənin inkişaf etdirilməsi gələcəkdə intellektli gənclərin yetişdirilməsi deməkdir. Təhsil Nazırliyinin nümayəndəsi O.Abbasov, Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin nümayəndəsi A.Qədiməliyev, 36 nömrəli məktəbin direktoru E.Səfərəliyeva bildiriblər ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, mütaliə vərdişlərinin formalaşması və maraqlarının artırılması üçün əlverişli şəraitin yaradılması mühüm amildir. Sonar mükafatlandırma mərasimi keçirilib. Qaliblərə hədiyələr və diplomlar verilib. Layihədə iştirak edən şagirdlər hazırladıqları bədii kompazisiyanı təqdim ediblər. məktəblilər ifa və rəqsləri ilə tədbir iştirakçılarında xoş ovqat yaradıb, “Yaşa Azərbaycan!” deyiblər. 

Qeyd edək ki, kitabxananın fəal oxucusu Ü.Kərimli də müsabiqədə qalib oldu.

Foto Qalereya