Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Maraqlı faktlar
5 Noyabr , 2018

Bu qeyri-adi meşə Polşanın şimal qərbində, Qryfino şəhəri yaxınlığında yerləşir. Onu adətən “Əyri meşə” (Crooked Forest) yaxud da “Sərxoş meşə” adlandırırlar.

Meşə təxminən 400 şam ağacından ibarətdir. Ağacların bu qədər məşhur olmasının səbəbi isə maraqlı gövdələridir. Ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir.

Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir.

Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır.


Bəziləri ağacları bu yerlərdə əsən güclü küləklərin əydiyini deyirlər. Bəziləri də ağacların belə vəziyyətə düşməsinə insanın hansısa formada müdaxiləsinin də səbəb ola biləcəyini düşünür. Belə ki, bu ağacların sırf mebel istehsalı üçün əkildiyini sübut etməyə çalışanlar da var.

Ən maraqlı versiya isə budur: deyilənə görə, guya bir seleksiyaçı ağacları ona görə əkib ki, insanlar azmasınlar, yaxud azanda da yolu tapsınlar. Ona görə bütün ağaclar şimala tərəf əyilib. İkinci Dünya müharibəsi seleksiyaçının bu maraqlı ideyasını sona qədər başa çatdırmağa mane olub.

Qeyri-adi mühit müşahidə olunduğu əyri meşədə müşahidə olunan digər qeyri-adi hadisə isə burada quşların yaşamamasıdır. Hazırda əsl turizm məkanına çevrilən meşə təbiət abidələri siyahısına daxil edilib və dövlət tərəfindən qorunur.

Похожее изображение

http://portal.azertag.az/az/node/8966