Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
7 Noyabr , 2018
07 noyabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirildi.
Dəyirmi masada Dövlət bayrağının yaranma tarixi, o cümlədən, bir millətin varlğında bayrağın oynadığı mühüm rol haqqında söhbət və müzakirələr aparıldı. Söhbət zamanı bildirildi ki,  Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Foto Qalereya