Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
17 Noyabr , 2018
17 noyabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Milli Dirçəliş Günü münasibəti ilə dəyirmi masa, sərgi keçirildi.
Dəyirmi masada kitabxana əməkdaşları və faəl oxucular iştirak etdilər.
Dəyirmi masada iştirak edənlər Milli Dirçəliş Günü haqqında söhbət və müzakirələr apardılar. Onlar bildirdilər ki, Azərbaycanın Milli Dirçəliş Günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. O vaxt, 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Leninin adına daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində respublika və SSRİ orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin davamlı mitinqi başlanmışdı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.  
Sonda Oxuculara xidmət şöbəsinin bölmə müdiri M.Rəhimova oxucuları sərgi ilə tanış etdi.
Foto Qalereya