Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
27 Noyabr , 2018
27 noyabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında görkəmli kinorejissor Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Kitabxana əməkdaşlarının və oxucuların iştirak etdiyi tədbirdə çıxış edən Nərimanov rayon MKS-nin direktor müavini S.Aslanova içtirakçıları salamlayıb, rejissorun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Daha sonra sənətkarın həyatının müxtəlif məqamlarını və filmlərindən qısa görüntüləri əks etdirən video-çarx təqdim edildi.

Qeyd edək ki, Azərbaycanın görkəmli kinorejissoru, Azərbaycan və SSRİ-nin dövlət mükafatları laureatı, xalq artisti Rasim Mirqasım oğlu Ocaqov 22 noyabr 1933-cü ildə Şəki şəhərində anadan olub.

1956-cı ildən kino fəaliyyətinə başlayan R.Ocaqov "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Skripkanın sərgüzəşti" və "Bir cənub şəhərində" filmləri ilə Azərbaycan kinosunda operatorluq sənətinin gözəl nümunələrini yaradıb.

R.Ocaqov ilk dəfə rejissor kimi "Gəncəbasarlı qisasçı", ardınca isə "Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "İstintaq", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "Təhminə" və "Otel otağı" kimi filmləri çəkib. Bu filmlər bir çox beynəlxalq kinofestivallarda uğurla iştirak edərək müxtəlif mükafatlara layiq görülüb.

R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.


Foto Qalereya