Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
29 Noyabr , 2018
29 noyabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanası 39 saylı tam orta məktəbdə QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar olaraq sərgi, söhbət keçirdi.
Söhbət zamanı çıxış edən kitabxana əməkdaşı G.Qəniyeva QİÇS xəstəliyi, onun yaranma səbəbi, bu xəstəlikdən qorunmağın yolu, narkomaniya və ona qarşı mübarizə, bu istiqamətdə həyat keçirilmiş maarifləndirmə işləri haqqında ətraflı məlumat verdi. O bildirdi ki, QİÇS - qazanılmış immunçatışmazlığı sindromu deməkdir.
Hazırda müdhiş miqyas almış QİÇS (ingiliscə AİDS, rusca SPİD) epidemiyası insan həyatı üçün təhlükə törədən bəlaya çevrilib. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini - milləti, icmanı, ailəni, hər bir fərdi əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır. QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətlərdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl biz QİÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxırdıq. Amma bugünkü reallıq başqadır. Ona görə də bu sahədə insanları maarifləndirmək üçün tədbirlər görülür.
Azərbaycan hökuməti də bu dəhşətli xəstəliyin qarşısının alınmasında böyük əhəmiyyət verir. 1996-cı ildə Azərbaycan Parlamenti "İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması" haqqında Qanun qəbul etmişdir.
Dünyanı bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin xüsusi qərarı ilə 1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir.
Sonda məktəblilər sərgi ilə tanış oldular.
Foto Qalereya