Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
30 Noyabr , 2018
30 noyabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında yaratdığı əsərlərlə milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfələr verən görkəmli Azərbaycan rəssamı Tahir Salahovun 90 illik yubilüeyi münasibəti ilə sərgi, söhbət keçirildi.
Söhbəti giriş sözü ilə açan Oxu zalının müdiri A.İsmayılova Tahir Salahovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Daha sonra söhbət iştirakçıları müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yartmış  T.Salahovun yaradıcılığı, Azərbaycan rəngkarlıq məktəbinin inkişafına verdiyi töhfələr haqqında danışdılar.Onlar bildirdilər ki, Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib. Təsadüfi deyildir ki, bu gün sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.
Sonda oxucular rəssamın həyat və yaradıcılığına həsr edilmiş sərgi ilə yaxından tanış oldular. 
Foto Qalereya