Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
10 Dekabr , 2018
Hər il 10 dekabr Ümumdünya Futbol Günü kimi qeyd olunur. Bu bayram Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsis edilib. Bu, planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi qəbul olunub. 
Futbol - "ayaqla top oyunu" haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, Çsu Çyu adlandırılıb, mənası "ayaqla itələmək" deməkdi.
Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdu. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olub. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını təpikləyirdilər.
Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun "top uğrunda mübarizə" adlandırılıb.
Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə Bakının "Cənub inşaatçısı" komandası olub.

Картинки по запросу 10 dekabr-Ümumdünya Futbol Günüdür.
Похожее изображение