Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
11 Dekabr , 2018
11 dekabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Qır­ğı­zıs­ta­nın xalq ya­zı­çı­sı, dün­ya­nın ən qüd­rət­li söz us­ta­la­rın­dan­ olan Çin­giz Ayt­ma­tovun 90 illik yubileyi ilə əlaqədar sərgi, söhbət keçirildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
Söhbət zamanı çıxış edən kitabxana əməkdaşı Ü.Zeynalova yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Zə­ma­nə­mi­zin gör­kəm­li qır­ğız ya­zı­çı­sı Çin­giz Ayt­ma­to­vun ya­ra­dı­cı­lı­ğı də­rin mil­li xü­su­siy­yət­lə­rə ma­lik ol­du­ğu ki­mi, həm də ümum­bə­şə­ri ma­hiy­yət və məz­mun ifa­də edir. Onun dün­ya ədə­biy­ya­tın­da bö­yük ha­di­sə sa­yı­lan əsər­lə­ri rea­liz­min tü­kən­məz bə­dii və id­ra­ki gü­cü­nü nü­ma­yiş et­di­rir.
Sonda oxucular Ç.Aytmatovun yaradıcılığını əks etdirən sərgi ilə yaxından tanış oldular. 
Foto Qalereya