Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
12 Dekabr , 2018
12 dekabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin 2 saylı filialında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar sərgi, söhbət keçirildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər. 
İlk öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Söhbət zamanı çıxış edən 2 saylı filialın müdiri E.Fərruxzadə və kitabxana əməkdaşı S.Məmmədova dahi liderin həyatı, siyası fəaliyyəti, xalqımızın rifahı üçün həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verdilər. Onlar bildirdilər ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Daha sonra məktəbli oxucular Ümummilli liderin xatirəsinə həsr edilmiş şeirlər söylədilər.
Sonda kitabxanaçı S.Məmmədova oxucuları H.Əliyevinin xatirəsinə həsr edilmiş sərgi ilə yaxından tanış etdi. 
Foto Qalereya