Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
18 Dekabr , 2018
18 dekbar 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycanın görkəmli opera müğənnisi, Azərbaycan SSR xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyi münasibəti ilə virtual sərgi keçirildi.
Sərgiyə baxış keçirən kitabxana oxucuları səhnəmizin unudulmaz Leylisi və Ərəbzəngisi Gülxar Həsənovanın həyat və yaradıcılığı ilə yaxından tanış oldular.
Gülxar Həsənova daim xatırlanacaq. Çünki onun sənəti bugünkü nəsil üçün də bir örnəkdir. O, öz səsi və ifaçılıq xüsusiyyətləri ilə həm zamanında, həm də bu gün qiymətləndirilir. Belə ki, onun sənəti sağlığında Xalq artisti (1982) fəxri adına və digər mükafatlara layiq görülüb. 2005-ci ildə dünyasını dəyişən Gülxar Həsənovanı əbədi yaşadan isə ona olan böyük xalq məhəbbətidir. 


Foto Qalereya