Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
21 Dekabr , 2018
21 dekabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxansı 39 saylı tam orta məktəbdə Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq sərgi, söhbət keçirildi.
Söhbət zamanı çıxış edən kitabxana əməkdaşı G.Qafarova əfsanəvi qəhrəman M.Heseynzadənin həyatı və kəşfiyyatçı kimi keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Foto Qalereya