Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
19 Yanvar , 2019
19 yanvar 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında 20 Yanvar Ümumxalq Hüzn Gününün 29-cu il dönümü ilə əlaqədar olaraq sərgi, söhbət keçirildi.
Söhbət zamanı çıxış edən kitabxana əməkdaşı M.Talıbova qanlı 20 Yanvar Faciəsi haqqında, o dövürki tarixi şərait haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Daha sonra məktəbli oxucular 20 Yanvar Faciəsinə həsr edilmiş şeirlər söylədilər.
Söhbətdən sonra kitabxana əməkdaşları və oxucular Şəhidlər Xiyabanını ziyarət etdilər.
Foto Qalereya