Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
21 Yanvar , 2019
21 yanvar bütün dünyada Beynəlxalq Qucaqlaşma Günü kimi qeyd edilir (International Hug Day).

1986-cı ildə ABŞ-da Milli Qucaqlaşma Günü (National Hugging Day) kimi qeyd olunmağa başlayan bu tarix sonralar bütün dünyada yayılıb. Ənənəyə əsasən bu gün hər kəs, hətta bir-birlərini tanımayan insanlar belə bir-biriləri ilə dostca qucaqlaşır. Gənc olmasına baxmayaraq bu günün kim tərəfindən yaradıldığı, yaranma səbəbi və niyə məhz bu tarixin seçilməsi məlum deyil.

Qeyri-rəsmi məlumatlara görə bu gün tələbələr tərəfindən təsis olunub. Məhz bu gün gənc oğlan və qızlar heç bir səbəb olmadan bir-biriləri ilə qucaqlaşır, müxtəlif fleşmoblar təşkil edirlər.

Psixoloqların fikrincə qucaqlaşmağa cəhd edən insanlar daha çox sevgi, rahatlıq və təhlükəsizlik hissinə ehtiyac duyurlar.

Bayramlaşarkən sizə yaxın insanlarla qucaqlaşmağı unutmayın, bununla onların sizə nə qədər əziz olduqlarını və onlara qarşı hiss etdiyiniz səmimi hissləri sevdiklərinizə xatırlatmış olarsınız.

Картинки по запросу Beynəlxalq Qucaqlaşma Günüdür