Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
25 Yanvar , 2019
25 yanvar 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Axundovanın 95 illiyinə həsr edilmiş sərgi, söhbət keçirildi.
Söhbət zamanı çıxış edən kitabxana əməkdaşı Ü.Zeynalova unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O bildirib ki,Şəfiqə Axundova geniş yaradıcılıq diapazonuna malik bəstəkardır. Onun sənəti yeni nəslin təlim və tərbiyəsində də mühüm rol oynamışdır. Şəfiqə xanım 1956- cı ildən 1982-ci ilə kimi Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. Bu böyük əməyi ona bir çox mükafatlar qazandırmış, o, "Əməkdar incəsənət xadimi" fəxri adını almış və 1998-ci ildə "Azərbaycan Respublikasının xalq artist"i adına layiq görülmüşdür. Ölməz əsərləri ilə bəstəkar hər zaman xalqımızın qəlbində yaşayacaq.
Daha sonra Ş.Axundovanın həyat və yaradıcılığını əks etdirən video-çarxa baxış keçirildi. Söhbət zamanı bəstəkarın sevilən müsiqiləri də səsləndirildi.
Foto Qalereya