Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
31 Yanvar , 2019
31 yanvar 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxansı tərəfindən xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 135 illik yubileyi ilə əlaqədar olaraq 39 saylı tam orta məktəbdə sərgi, söhbət keçirildi.
Söhbət zamanı kitabxana əməkdaşı G.Məmmədova böyük Azərbaycan ideoloqu M.Ə.Rəsulzadənin həyatı və siyasi fəaliyyəti, Azərbaycan Xalq Cümhiriyyəti haqqında ətraflı məlumat verdi. O sonda bildirdi ki, tariximizin ən həlledici məqamında ucaldılmış Cümhuriyyət bayrağımız bu gün başımız üstündə qürurla dalğalanır – Müstəqil Dövlətimizin bir də heç zaman enməyəcək bayrağı! Müasir Azərbaycanımızın banisi Heydər Əliyevin müstəqillik ideallarına sədaqətlə tarix meydanına yenidən gətirdiyi və ona əbədi ömür bəxş etdiyi Cümhuriyyət bayrağı!
Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər. 
Sonda şagirdlər sərgi ilə yaxından tanış oldular.
Foto Qalereya