Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
31 Yanvar , 2019
31 yanvar 2019-cu il tarixində Nərimanov rayon MKS-nin 2 saylı Filialında Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmiş Məhəmməd Əmin Rəsulzadənin 135 illik yubileyi ilə əlaqədar olaraq dəyirmi masa keçirildi.
Dəyirmi masada kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
Dəyirmi masada çıxış edən 2 saylı filialın müdiri E.Fərruxzadə M.Ə.Rəsulzadənin həyatı və siyası fəaliyyəti haqqında ətraflı məlumat verdi. Daha sonra mövzu ətrafında oxucularla söhbət davam etdirildi.
Sonda kitabxanaçı S.Məmmədova oxucuları sərgi ilə yaxından tanış etdi.
Foto Qalereya