Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
1 Fevral , 2019
01 fevral 2019-cu il tarixində Nərimanov rayon MKS-nin 2 saylı filialında Azərbaycan Gəncləri Günü ilə əlaqədar olaraq sərgi, söhbət keçirildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
Söhbət zamanı çıxış edən 2 saylı filialın müdiri E.Fərruxzadə və kitabxanaçı S.Mahmudlu bütün gənclərimizi bu gün münasibəti ilə təbrik etdilər, daha sonra ölkəmizdə gənclər siyasəti,  onlara olan  diqqət və bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verdilər.
Sonda gənclər mövzu ilə bağlı təşkil edilmiş sərgi ilə yaxından tanış oldular. 
Foto Qalereya