Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
6 Fevral , 2019
06 fevral 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın və Çeçenistanın əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar olaraq söhbət keçirildi.
Söhbət zamanı çıxış edən kitabxanaçı Ü.Zeynalova görkəmli kinorejissorun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Daha sonra T.Tağızadənin həyat və yaradıcılığını əks etdirən video-çarxa baxış keçirildi.
Foto Qalereya