Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Maraqlı faktlar
12 Mart , 2019

Vampir mürəkkəb balığı (Vampyroteuthis infernalis, lit. "vampire squid from Hell") “cəhənnəm vampiri” başıayaqlılar, sefalopodlar tipindən olan dərin tropik dənizlərdə yaşayan kiçik canlıdır. Bənzərsiz geri çəkilə bilmə hissiyatına görə osminoq və kalmara bənzəyir. 

Bu canlı Vampyromorphida qrupunun yaşayan yeganə növüdür. İlk dəfə, 1903-cü ildə, Valdivia ekspedisiyası zamanı osminoq olaraq qeydə alınıb. Ancaq sonradan nəsli tükənmiş bir çox taksonlar birlikdə yeni bir canlı olaraq təyin edildi. Maksimum uzunluğu 30 sm çata bilir. Rəngi işıq və yerləşməsindən asılı olaraq, məxmər qaradan solğun qırmızıya doğru dəyişir. Hər biri ətli onurğalardan ibarət 8 qolu dəri toxuması vasitəsilə bir-biri ilə birləşib. Sadəcə bədəndən uzaq yarımlarda əmicilər mövcuddur. 

İşıqdan asılı olaraq qırmızı və ya mavi rəngdə iri, parlaq olan gözləri, 2.5 sm diametrlə heyvan krallığının ən böyük gözünə sahibdir. Heyvanın adı vampire plaşına bənzər toxumadan, qırmızı rəngli gözlərindən ilham alınaraq qoyulub. Yetkin mürəkkəb balığın yan tərəflərində kiçik üzgəclər var. Bu üzgəclər ona irəliləməkdə yardım edir. Onların dimdiyə bənzər çənələri ağ rəngdədir. 

 Vampir mürəkkəb balığı başıayaqlılar və ya sefalopodlar sinfinin 600-900 m dərinlikdə üzən nadir nümunəsidir. Mürəkkəb balığın bağırsağının sonunda mürəkkəb kisəsi var. Təhlükə zamanı “sepia” adlanan mürəkkəbi suya buraxır və suyu bulandıraraq görünmədən qaçır. Onlar rəng hüceyrələri vasitəsilə olduqları ərazinin rənglərini təqlid edə bilirlər. Rəng dəyişimi dava və qorxu əsnasında da görünür. Bədən rəngi qəhvəyi olduqda canlının mavi olan gözləri də qırmızı rəngə boyanır. Mürəkkəb balığı dalğa yaradaraq üzərlər, lakin narahat olduqda baş boşluğundakı tuneldən su fışqırdaraq geriyə doğru üzər. Nəfəs alma baş boşluğunda cüt-cüt yerləşən tənəffüs orqanları ilə mümkündür. Onlar armud şəkilli kapsula bənzəyən yumurtalarla çoxalır. Yumurtaları mərcanlar və ya digər sualtı canlıların üzərinə yapışdırır. Kiçik olmasına baxmayaraq iri gözləri və 8 qolu var. Saniyədə 20 sm sürətlə hərəkət edə bilir. Təhlükə zamanı qollarını açaraq özünü qoruyur. Dərisi işıq yaradan fotoforlarla örtülüdür. İşıq yaymadığı zamanlarda tamamən görünməz olur.