Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
11 Mart , 2019
11 mart 2019-cu il tarixində Nəraimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Milli Teatr Günü ilə əlaqədar olaraq sərgi keçirildi.
Sərgiyə baxış keçirən oxucular Azərbaycan teatr tarixini əks etdirən materiallarla yaxından tanış oldular. 

Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur .  Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu.
Qeyd edək ki, Azərbaycan Redpublikasının Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Foto Qalereya