Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
10 Aprel , 2019

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü islahatlar, baş verən iqtisadi sıçrayış tikinti, quruculuq, abadlıq  sahəsində də özünü bariz şəkildə göstərmişdir. Ölkəmizin paytaxtı Bakı şəhəri,  bölgələrimiz   simasını  dəyişmiş, müxtəlif təyinatlı tikinti obyektlərinin miqyası və əhatə dairəsi genişlənmiş, yeni - yeni  yaşayış binaları, göydələnlər, parklar, xiyabanlar salınmışdır.

Bu gün yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Hər ötən gün özünün yenilikləri ilə diqqəti daha çox cəlb edir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda iş görülür.

Təsadüfi deyildir ki, inşaatçıların ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini yüksək qiymətləndirən  Azərbaycan Prezidenti İlham Əliyev 16 dekabr 2009-cu il tarixində hər il aprelin 10-unun Azərbaycan Respublikasında "İnşaatçılar Günü" peşə bayramı kimi qeyd olunması barəsində sərəncam imzalamışdır. İnşaatçılar onların əməyinə verilən bu yüksək qiymətə cavab olaraq əzmlə çalışır, yaradıcı əməklərini ölkəmizin daha da müasirləşməsinə sərf edirlər.

Похожее изображение 

Картинки по запросу Ä°nşaatçılar günü 

Похожее изображение