Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
12 Aprel , 2019
12 aprel 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Ümumdünya Kosmonavtika Günü ilə əlaqədar olaraq sərgi, söhbət keçirdildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
Söhbət zamanı çıxış edən Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı G.Qəniyeva Ümumdünya Kosmonavtika Günü, Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok"  kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib. SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.
Sonda oxucular mövzuya həsr edilmiş sərgi ilə yaxından tanış oldular. 
Foto Qalereya