Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Maraqlı faktlar
16 Aprel , 2019

1. Dünyanın ən isti yeri
ABŞ-ın Kaliforniya ştatında yerləşən "Ölüm vadisi" milli parkı planetin ən isti yeridir. Planetimizdə ən yüksək temperatur (56.7 selsi dərəcə) 1913-cü il iyulun 10-da məhz “Ölüm vadisi”ndə qeydə alınıb.

2. Dünyanın ən soyuq yeri
Antarktidada Polar Yaylasının üst hissəsində temperatur ən aşağı 92.7 ° C-də düşə bilər, bu dərəcədə temperaturun düşməsi 2010-cu ilin avqustunda qeydə alınmışdır.

3. Ən çox əhalisi olan şəhər
Əhalisinin sayına görə dünyanın ən çox əhalisi Çinin Şanxay şəhərindədir. Onun əhalisinin sayı 24,150,000-dir.

4. Ən az əhalisi olan şəhər
Yalnız 842 vətəndaşı olan Vatikan şəhəri də dünyanın ən az əhalisi olan şəhəri və ən kiçik dövlət kimi tanınır.

5. Dünyanın ən varlı şəhəri
Tokio dünyanın ən varlı şəhərlərinin sıyahısında yer alıb.

6. Ən yoxsul şəhər
Yoxsul ölkə sayılan Konqo Demokratik Respublikasının Kinşasa şəhəri dünyanın ən yoxsul şəhəri sayılır.

 7. Dünyanın ən yüksək nöqtəsi
Dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir. Zirvənin hündürlüyü 8848 metr təşkil edir. 

8. Dünyanın ən dərin nöqtəsi
Dünyanın ən dərin nöqtəsi olan Mariana çökəkliyi, okean səthinin təxminən 11 kilometr dərinliyindədir.

9. Planetin ən nəm yeri
Planetimizin ən nəm yeri – Hindistanın kəndi Mausinrama sayılır. Buraya hər il 11.900 mm yağış alır. Bu kəndə 1985-ci ildə rekord 25.400 mm yağış düşmüşdür.

     

10. Planetin ən quraq yeri
Planetimizin ən quraq yeri - Çilidəki Atakama səhrasıdır.

11. Planetin ən günəşli yeri
Arizona ştatının Yuma şəhərində günəş gündə ən azı 11 saat ortalama işıq saçır, bu da ildə təxminən 4015 saat günəş işığı deməkdir.

12. Dünyanın ən qədim şəhəri
Dünyanın ən qədim şəhərinin tərifi çoxsaylı mübahisələrin yaranmasına səbəb olan bir mövzudur. Suriyanın paytaxtı Dəməşq şəhəri dünyanın ən qədim daimi məskunlaşmış şəhəridir. Şəhərin yaşı təqribi olaraq 4000 ildən 10 000 ilə qədər qiymətləndirilir.

13. Ən gənc dövlət
Cənubi Sudan 2011-ci ildə müstəqil dövlət olaraq tanındı. Buna görə dünyanın ən gənc dövləti Cənubu Sudan sayılır.

14.Ən çox ziyarət edilən şəhər
London - beynəlxalq turizm mərkəzinin adını qazanıb. 18 milyondan çox turist hər il 19 milyard dollar məbləğində Britaniya xəzinəsini zənginləşdirir.


19. Ən məşhur ölkə
BBC-nin sorğusuna əsasən, Almaniya - dünyada 59% müsbət rəy alaraq siyahıda birinci sıradadır.

21. Dünyanın ən təhlükəli şəhəri
San Pedro Sulada (Honduras) gündə ortalama üç qətl baş verir. Bu şəhərin küçələrində yüksək cinayət dərəcəsi narkotik və silah ticarətinin ən böyük mərkəzi olması ilə bağlıdır.

22. Ən çox "kofein" qəbul edən xalq
İsveçlilər ən çox kofe qəbul edən millət olaraq tanınır. Sakinləri hər gün 388 mq kafein qebul edir.

23. Dünyanın velosipeddən ən çox  istifadə edilən  şəhəri
Niderlandın Qroninqen şəhərinin sakinləri nəqliyyat vasitəsi kimi ən çox velosipeddən istifadə edir. Əhalinin yarıdan çoxu iki təkərli nəqliyyat vasitəsinə “ən yaxşı nəqliyyat vasitəsi” kimi üstünlük verir.

25. Ən çox "pişik sevən" ölkə
ABŞ evlərində ev heyvanı kimi yaşayan pişiklərin sayı 76,43 milyona bərabərdir. ABŞ-pişik sevər ölkə kimi liderdir.

   

31. Dünyanın ən uzunömürlü xalqı
Dünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, 2013-ci ildə Monakonun vətəndaşı ortalama 87.2 il ömür sürür. Kişilər bu ölkədə rahat 85.3 il, qadınlar isə 89-a qədər yaşayır.

32. Dünyanın ən qısaömürlü xalqı
Orta ömür əhali arasında 47-48 yaş olan Sierra Leonun sakinləri (Qərbi Afrikadakı dövlət) - dünyanın ən qısaömürlü xalqı olaraq tanınır.

34. Ən firavan ölkə
Dünyanın ən sakit və firavan ölkəsi Norveç hesab edilir.

Mənbə: Azər Tac.