Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Maraqlı faktlar
17 Aprel , 2019
Misir ehramları - Misir fironlarının sərdabələridir. Onlar Qahirənin yaxınlığında Giza şəhərinin ərazisində yerləşir. Ehramlardan ən iriləri  Əl-Gizadakı Xeops, Xefren və Mikerin ehramlarıdır ki, qədim dövrlərdə onlar dünyanın yeddi möcüzəsindən biri hesab olunurdu. Bu ehramlar onları tikdirmiş fironların adlarını daşıyır. Ehramlar Nilin sol - qərb sahilində tikilmiş (Qərb ölülər aləmidir) və saysız-hesabsız məzarlar, ehramlar, məbədlər üzərində ucaldılmışdır.  Bütün ehramlar müasir dövrümüzədək gəlib çatmışdır. Üç ehramdan ən böyüyü Xeopsun ehramıdır (eramızdan əvvəl 27-ci əsrdə memar Xemiun tərəfindən tikilmişdir). Bu ehramın hündürlüyü əvvəllər 147 metr  olmuş, lakin qum  fırtınası nəticəsində azalaraq 137 metrə çatmışdır. Onun inşası üçün 2 milyon 300 min iri daş blok  sərf olunmuşdur. Bütün ehramlar dünyanın hər tərəfinə dəqiqliklə istiqamətlənmişdir. Bu, qədim misirlilərin astronomik biliklərinin yüksək səviyyədə olmasından xəbər verir. Giza ehramlarının yaxınlığında Qədim Misirin daha bir məşhur abidəsi - Böyük Sfinksin heykəli ucalır. Aşağıda yerləşən, dam örtüyü olmayan, qranitdən tikilmiş məbədin yanında Sfinks məbədinin xarabalıqları  qalmaqdadır. Onların arxasında isə ehramların qədim qoruyucusu,  baxışlarını şərqə çevirərək istirahət edən insan başlı aslan - Sfinks görünür. Ehtimal olunur ki, Sfinks Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanmışdır. Onun üzündə fironun cizgiləri əks olunmuşdur.
Картинки по запросу misir ehramları

Похожее изображение