Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Maraqlı faktlar
18 Aprel , 2019

Olimpdə Zevsin heykəli – antik heykəltəraşlıq əsəri, dünyanın yeddi möcüzəsindən biridir. Yunanların baş allahı  Zevsin şərəfinə ucaldılmış heykəl qədim Yunanıstanın Olimpiya şəhərində dahi yunan heykəltəraş Fidiy tərəfindən yonulub hazırlanmışdır.

On dörd  metr hündürlükdə  nəhəng  Zevs qızıl, fil dişi, abanoz və qiymətli daşlardan hazırlanmış taxtın üstündə əyləşmişdir. Təsvirlərə görə, Zevsin başını  onun əslində sülhsevər olduğunu göstərən zeytun budaqlarından hazırlanmış qızıl tac bəzəyirdi. O, bir əlində zəfər  ilahəsi qanadlı Nikanın qızıl heykəlciyini tutmuşdur, o bir əlində isə ucunda qartal fiquru olan uzun  hökmdar əsası vardır. 

Zevsin bürüncəyi, saqqalı və saçları  qızıldan hazırlanmışdı. Onun saqqal və buruq saçları ilə haşiyələnmiş  nəcib üzü  zabitəli, eyni zamanda, mehriban idi. Heykəl sanki canlı idi: elə bil Zevs indicə taxtdan qalxacaqdır. 1875-ci ildə Zevs məbədinin qalıqları tapılmışdır. 1950-ci ildə isə arxeoloqlar Fidiyin emalatxanasını aşkarlamışlar.

Memarlıq abidəsinin tapıldığı yerdə diqqətlə aparılan tədqiqatlar məbədin və Olimpdə Zevsin heykəlinin bərpasına imkan yaratmışdır.

Похожее изображение