Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Maraqlı faktlar
18 Aprel , 2019
Rubik kubu macar heykəltəraşı və memarı Erno Rubik tərəfindən 1974-ci ildə ixtira olunan mexaniki tapmacadır. İxtiraçı özü bu tapmacanı “Sehrli kub” adlandırmışdı. 1980-ci ildən etibarən isə kub ixtiraçının adı ilə adlanmağa başladı. 2007-ci ilədək bütün dünyada 300 milyon ədəd Rubik kubu satılmışdı. O, dünyada ən çox satılan oyuncaq olmuşdur. Rubik kubunun hər üzündə 9 kvadrat yerləşir. Ümumilikdə isə kub üzərində 54 kvadrat var. Bu kvadratlar 6 müxtəlif rəngdə olurlar. Əgər tapmaca həll edilsə, kubun hər üzü eyni rəngli kvadratlardan ibarət olacaq. Rubik kubunu ən qısa vaxtda kimin həll edə biləcəyini görmək üçün bir çox yarışma keçirilir. İlk dünya çempionatı 1982-ci il iyunun 5-də Budapeştdə təşkil olunmuşdur. Yarışda ABŞ-ın Los-Anceles şəhərindən olan vyetnamlı tələbə Minh Thai 22,95 saniyə nəticə ilə qələbə qazanmışdır. Rubik kubunun sürətli quraşdırma üzrə hazırkı rekord 2008-ci ildəki yarışlarda Erik Akkersdeyk tərəfindən qeydə alınıb – 7.08 saniyə. Rubik kubunun sürətli quraşdırılması ilə məşğul olan insanlar spidkuberlər adlanırlar. 

Похожее изображение
Похожее изображение