Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Maraqlı faktlar
30 Aprel , 2019

Düşünmək, yaratmaq, oxumaq, emosiyalar hiss etmək qabiliyyətindən tutmuş ürək döyüntüsü və kiprik çalmasına qədər hər şey bir mərkəzdən idarə olunur. Bu mərkəz sənin beynindir! Beyin o qədər mükəmməldir ki, məşhur bir alim onu Kainatda kəşf etdiyimiz  ən mürəkkəb təbii “cihaz” adlandırmışdır.

Beyin gücünə və hərəkət sürətinə görə superkompyuterdən üstündür.  Məsələn, sənin pişiyin hoppanıb mətbəx stolunun üstünə çıxıb və artıq bərk qızmış pilətəyə toxunub yanmaq üzrədir.  Düşünmək üçün bir an vaxtın var! Beyin gözdən siqnal alaraq, irəli sıçrayıb  pişiyi nə zaman, necə  və hansı sürətlə qamarlayacağını bir anda hesablayır və dərhal əzələlərə siqnal göndərir. Hesablama düzgün olduğu üçün  pişiyin köməyinə vaxtında çatırsan. Heç bir kompyuter  göz, qulaq və digər duyğu orqanlarından  daxil olan  informasiya axınını yükləyib emal etmək və ona reaksiya göstərmək  bacarığına görə  beyinlə müqayisə oluna bilməz!

Beyinin hasil etdiyi  elektrik enerjisi  bir lampanı cərəyanla təchiz etməyə kifayətdir. Beyində təxminən  100 milyard mikroskopik hüceyrə - neyron vardır. Onları saymaq üçün sənə  3000 il vaxt lazımdır! Xəyallara dalırsan, qəhqəhə çəkib gülürsən, harasa baxırsan, yaxud, sadəcə,  hərəkət edirsən – bütün bunlar  milyard cığırlarla neyrondan neyrona doğru şütüyən kiçicik siqnallar sayəsində baş verir.

Beyin fasiləsiz  işləyir. Əslində, hər dəfə yeni bir şey öyrənəndə, yadda saxlayanda , nə barədəsə düşünəndə beyinin strukturu dəyişməyə başlayır. Üstəlik, alimlər kəşf etmişlər ki,  fiziki hərəkətlərdən sonra orqanizmdə beyini qavramağa  həssas edən  maddə hasil olunur.  Görəndə ki,  ev tapşırığını yerinə  yetirə bilmirsən, başına heç nə girmir, get, futbol oyna, sonra isə ilişib qaldığın məsələnin həllinə qayıt.  Çox güman ki, onu müvəffəqiyyətlə həll edəcəksən.  

Похожее изображение

Похожее изображение

Mənbə: Azər Tac.