Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
3 May , 2019
3 may 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxansında Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü ilə əlaqədar olaraq sərgi keçirildi.
Qeyd edək ki, 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. 
Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb. Azərbaycanda söz və mətbuat azadlığının təminatı ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub.
Foto Qalereya