Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
8 May , 2019
08 may 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşanın erməni qəsbkarları tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar sərgi keçirildi.
Sərgiyə baxış keçirən oxucular doğma diyarımız Şuşanın qədim tarixi və mədəniyyəti, düşmən tərəfindən işğalı haqqında məlumatlarla yaxından tanış oldular.
Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam edib, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Foto Qalereya