Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
8 May , 2019
08 may 2019-cu il tarixində Nərimanov rayon MKS-nin 2 saylı filialında qədim diyarımız Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar anım günü, sərgi keçirildi.
Tədbirdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
İlk öncə şuşanın işğalı nəticəsində qətlə yetirilmiş günahsız vətəndaşların və onun müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Daha sonra 2 saylı filialın müdiri E.Fərruxzadə Şuşanın tarixi və işğalı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, 289 kvadratkilometr ərazidə yerləşən Şuşanın işğalı zamanı 480 dinc sakin öldürüldü, 600 adam yaralandı, o cümlədən 150 nəfər əlil oldu, habelə 552 uşaq yetim qaldı, 68 mülki şəxs girov götürüldü və ya itkin düşdü, 25 mindən çox adam məcburi köçkünə çevrildi. Şəhərin yüzlərlə tarixi abidəsi təhqirlərə məruz qaldı. Düşmən hətta Azərbaycan musiqisinin və ədəbiyyatının korifeyləri olan Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın xatirəsinə hörmət qoymadı, onların güllə ilə deşik-deşik edilmiş abidələri sonralar Bakıya gətirildi və hazırda “Güllələnmiş heykəllər” adı ilə Milli İncəsənət Muzeyinin bağında saxlanılır.
Sonda kitabxanaçı S.Mahmudlu oxucuları Şuşanın qədim tarixi və zəngin mədəniyyətini əks etdirən sərgi ilə yaxından tanış etdi. 
Foto Qalereya