Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
10 May , 2019
10 may 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq sərgi, söhbət keçirildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
İlk öncə Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış edən kitabxana əməkdaşları M.Talıbova və M.Rəhimova dahi xilaskar, dövlət qurucusu H.Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verdilər. Onlar bildirdilər ki, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. 
Sonda oxucular dahi liderin həyat və siyası fəaliyyətinə həsr edilmiş sərgi ilə yaxından taqnış oldular. 
Foto Qalereya