Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
10 May , 2019
10 may 2019-cu il tarixində Nərimanov rayon MKS-nin 2 saylı filialı 178 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq söhbət keçirdi.
Söhbət zamanı çıxış edən kitabxana əməkdaşları S.Məmmədova və Y.Qasımova Ulu öndərin həyatı, siyasi fəaliyyəti və xalqımızın rifahı üçün gördüyü işlər haqqında ətraflı məlumat verdilər. Sonda onlar bildirdilər ki, Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək, dünyanın ən dahi siyasi liderlərindən birinin "siyasi portreti" alınar. Və hər kəs də onu dərhal tanıyar: "Bu, Heydər Əlirza oğlu Əliyevdir. Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən yüksək qiymətləndirilən nadir bir şəxsiyyət"!
Daha sonra 4-cü sinif şagirdləri Ulu öndərin əziz xatirəsinə həsr edilmiş şeirlər söylədilər.
Bundan başqa 2 saylı filialda Ümummilli liderin həyat və siaysi fəaliyyətinə həsr edilmiş sərgi təşkil edildi.
Foto Qalereya