Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
15 May , 2019
15 may 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Beynəlxalq Ailə Günü ilə əlaqədar sərgi keçirildi.

BMT Baş Assambleyası 1993-cü ilin sentyabrında 15 may tarixini 1994-cü ildən etibarən hər il "Beynəlxalq Ailə Günü" kimi qeyd etməyi qərara aldı. Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşdirməyə çalışır.Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.


Foto Qalereya