Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
17 May , 2019
17 may 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında doğma diyarımız Laçın rayonunun erməni təcavüzkarları tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar sərgi, söhbət keçirildi.
Söhbət zamanı çıxış edən kitabxana əməkdaşı L.Mikayılova Laçın rayonun tarixi və düşmən tərəfindən işğalı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 27 il keçir.  1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib. İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
Sonda kitabxana oxucuları Laçın rayonun tarixi və mədəniyyətinə həsr edilmiş sərgi ilə yaxından tanış oldular. 





Foto Qalereya