Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
4 İyun , 2019
5 iyun 1972–ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verdi və növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı.
Bu məqsədlə 04 iyun 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasının əməkdaşları kitabxana ətrafında iməclik işləri gördülər. 
Kitabxana əməkdaşları ətrafdakı yaşıllıqları alaq otlarından təmizləyib, güllərə su verib, zibill tullantılarını topladılar. 
Foto Qalereya