Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
9 Avqust , 2019
09 avqust 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında müqəddəs Qurban bayramı münasibətilə sərgi, söhbət keçirildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucuları iştirak etdilər.
Söhbət zamanı çıxış edən Oxuculara xidmət şöbəsinin bölmə müdiri M.Rəhimova hər kəsi Qurban bayramı münasibəti ilə təbrik edərək, bayramın tarixi və insanlara çatdırmaq istədiyi mesaj haqqında ətraflı məlumat verdi. O bildirdi ki, bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Sonda M.Rəhimova oxucuları təşkil edilmiş sərgi ilə yaxından tanış etdi.
Foto Qalereya