Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
25 Fevral , 2020
25 fevral 2020-ci il tarixində Nərimanov rayon MKS-nin 1 saylı kitabxana filialında Xocalı Soyqırımı ilə əlaqədar olaraq sərgi, söhbət keçirildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər. 
Söhbət zamanı çıxış edən 1 saylı kitabxana filialının müdiri C.Abdinova və kitabxanaçı M.Məhərrəmova Xocalı Soyqırımı haqqında ətraflı məlumat verdilər. Onlar bildirdilər ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 28 il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür.
Sonda oxucular  Xocalı Faciəsinə həsr edilmiş "Qərənfil ağlar" adlı sərgi ilə yaxından tanış oldular. 
Foto Qalereya