Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
26 Fevral , 2020
26 fevral 2020-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında bəşəriyyətin tarixində ən qanlı səhifələrdən biri, erməni terrorçuları tərəfindən törədilmiş Xocalı Soyqırımının  28-ci ildönümü ilə əlaqədar olaraq sərgi, söhbət keçirildi.
Söhbətdə şair Dilqəm Quliyev, kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
İlk öncə Xocalı qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.  
Söhbət zamanı çıxış edən kitabxana əməkdaşı Ü.Zeynalova və şair D.Quliyev tariximizə qanlı hərflərlə yazılmış Xocalı Faciəsi haqqında ətraflı məlumat verdilər. Onlar bildirdilər ki, 28 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırım həyata keçirib.
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Azərbaycan xalqı bu hadisəni heç vaxt unutmayacaq, həmin gecənin qurbanlarını daim yad edəcəkdir. Biz inanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin!
Daha sonra Xocalı faciəsini əks etdirən video-çaxr nümayiş edildi. 
Foto Qalereya