Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
26 Fevral , 2020
26 fevral 2020-ci il tarixində Nərimanov rayon MKS-nin 2 saylı kitabxana filialında qan yaddaşımız Xocalı Soyqrımının 28-ci ildönümü ilə əlaqədar olaraq sərgi, söhbət keçirildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
Söhbət zamanı çıxış edən 2 saylı kitabxana filialın müdiri E.Fərruxzadə və kitabxanaçı S.Məmmədova Xocalı faciəsi haqqında geniş məlumat verdilər. Onlar bildirdilər ki, Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Bu faciə sadəcə bizim yox, dünya tarixində törədilmiş ən dəhşətli soyqrım aktlarından biridir. Biz bir millət olaraq daim Xocalı qurbanlarını xatırlamalı və heç zaman unutmamalıyıq.
Sonda şagirdlər Xocalı Facəsinə həsr edilmiş sərgi ilə tanış oldular.
Daha sonra kitabxana əməkdaşları 178 saylı tam orta məktəbdə söhbət keçirərək onlara Xocalı Soyqırımı haqqında məlumatlar vermiş və sonda şagirdlərlə "Ana fəryadı" abidəsini ziyarət etmişdilər.
Foto Qalereya