Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
6 Mart , 2020
06 mart 2020-ci il tarixində Nərimanov rayon MKS-nin 2 saylı kitabxana filialında Beynəlxalq Qadınlar Günü münasibəti ilə sərgi söhbət keçirildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
Söhbət zamanı çıxış edən 2 saylı kitabxana filialın müdiri E.Fərruxzadə və kitabxanaçı S.Aslanova bütün qadınları bayram günü münasibəti ilə tədbrik edərək 8 Mart Beynəlxalq Qadınlar Günü haqqında məlumat verdilər. Onlar bildirdilər ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Sonda oxucular təşkil edilmiş sərgi ilə yaxından tanış oldular. 
Foto Qalereya